Almaniyanın "Ştuttqart” klubunun məşq bazasında bomba tapılıb.
Sportarena.az xəbər verir ki, bu barədə "Blid" nəşri məlumat yayıb. Meydançanın ot örütüyü dəyişdirilərkən II Dünya Müharibəsindən qalan bomba aşkarlanıb. Mütəxəssislər çəkisi 50 kq olan mərmini zərərsizləşdiriblər.
Qeyd edək ki, 2009-cu ildə "Ştuttqart”ın ev oyunlarını keçirdiyi "Mercedes-Benz Arena”da yenidənqurma işləri aparılan zaman 34 bomba tapılıb.