Azərbaycanlı futbolçu Rauf Əliyevin çıxış etdiyi "Kukesi" klubunun baş məşqçisi Mladen Milinkoviç ölkə çempionatının "Laçi" ilə oyunundan öncə mətbuat konfransı keçirib.
Sportarena.az xəbər verir ki, o, söhbət əsnasında Rauf Əliyev haqda da danışıb:
“Bizim üçün asan oyun olmayacaq. “Laçi” təhlükəli rəqibdi. Komandamdan yaxşı oyun gözləyirəm. Qazanılan hər xal və qələbə mənim üçün vacibdi. Bilirik ki, Quri mərkəz hücumçusudu. Amma o, sağ cinahda da rolunu yaxşı icra edir. Qurinin bu görüşdə də həmin mövqedə çıxış etməsi mümkündü.
Rauf Əliyevə gəlincə, onu ulduz futbolçu kimi almamışıq, yaxşı oyunçu kimi komandaya cəlb etmişik. Bizdə “ulduz” yoxdu, heyətdə yaxşı futbolçular toplaşıb. Rauf da bu siyahıdadı. Hesab edirəm ki, o, tezliklə ilk qolunu vuracaq və bundan sonra dayanmayacaq”.