Neymar həm zədələndi, həm cəzalandırıldı

12:32 23 Sentyabr 2017

Fransa 1-ci Liqasının 7-ci turu çərçivəsində “Monpelye”yə qarşı keçiriləcək oyunda PSG ulduz futbolçusu Neymarın xidmətindən yararlana bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, PSG təmsilçisinin baş məşqçisi Unai Emeri zədə səbəbindən Neymarı heyətə daxil etməyib. Təcrübəli mütəxəssisin risk etmədiyi və braziliyalı hücumçunun Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində gələn həftə “Bavariya”ya qarşı keçiriləcək oyuna tam hazır olmasını istəyir.

 

Eyni zamanda, mütəxəssis Neymar Kavani ilə məlum qalmaqalından sonra nizam-intizam qaydalarını pozduğu üçün Neymara cəza verdiyi də bildirilir. Hələlik cəzanın təfərrüatları açıqlanmır. Həmin mübahisə zamanı Neymara dəstək olan Dani Alveşə isə xəbərdarlıq edilib.

 

Qeyd edək ki, Neymarla birlikdə Anxel di Maria və Xavyer Pastore də zədə səbəbindən heyətə salınmayıb.


Digər xəbərlər

Xəbər xətti