Birinci Divizionda yeni mövsümdə debütə hazırlaşan “Binə” bu gün yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, sözügedən komanda Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-17 milli komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyunda 2:2 hesablı bərabərlik qeydə qalınıb.
“Binə”nin heyətində Vüsal Nağıyev və Cəmil Rəhimli fərqlənib.