Futbol üzrə Çexiya çempionatında 8-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü yenə ehtiyatda qalıb.
Geridə qalan turlarda 7 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.