Hazırda Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi" "Qəbələ"nin qonağı olur.
Sportarena.az xəbər verir ki, qonaq komandanın azarkeşləri bir neçə gün öncə vəfat edən tribuna yoldaşını anıblar. Belə ki, onlar əyləşdikləri tribunada onun fotosunu yerləşdiriblər. Eyni zamanda, şəkilin üzərinə "Neftçi" birləşdirdi, ölüm ayırdı" sözlərini həkk edilib.