Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda “Bakılı” və “Şahdağ” tərəfindən Birinci divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.
2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.