Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”ın “Roma”ya qarşı keçiriəcəyi ev oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
Sportarena.az xəbər verir ki, matç Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb. Baş hakim Artur Dias olacaq.
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Çempionlar Liqası, C qrupu: 2-ci tur.
27 sentyabr
20:00 Qarabağ - Roma
Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tyaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Jakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya).