"Roma"da növbəti itki - O da "Qarabağ"a qarşı oynamayacaq

15:17 25 Sentyabr 2017

İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi oyuna ciddi itkiylə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, “canavarlar”ın argentinalı yarımmüdafiəçisi Dieqo Perotti “Udineze”yə qarşı A seriyasının 6-cı turunun görüşündə zədə alıb. 29 yaşlı futbolçunun 10 gün yaşıl meydanlardan kənarda qalacağı deyilir.

Xatırladaq ki, "Roma"nın hücumçusu Patrik Şik də zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq.


Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də keçiriləcək və saat 20.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti