"Vilyarreal" məşqçisini qovdu

15:35 25 Sentyabr 2017

İspaniya La Liqa təmsilçisi “Vilyarreal” baş məşqçisi Fransisko Eskribanı istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 52 yaşlı mütəxəssisin qovulmasına səbəb komandanın son vaxtlar uğursuz çıxışı olub. Belə ki, 6 turdan sonra hesabında 7 xal olan “sarı sualtı qayıq” 20 komanda arasında 14-cü sırada qərarlaşıb. İspan mütəxəssis ötən ildən “Vilyarreal”ı çalışdırırdı.


Digər xəbərlər

Xəbər xətti