AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Portuqaliyada keçiriləcək 10-cu qrupunun oyunlarına təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, sentyabrın 25-dən oktyabrın 1-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.
Bu qrupda Portuqaliya, Avstriya, Gürcüstan və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.