"Qarabağ"ın gəncləri rumınlara əmanət

17:49 25 Sentyabr 2017

UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” və “Roma”nın U-19 komandaları arasında baş tutacaq görüşün hakimləri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, UEFA oyunu rumıniyalı hakimlər briqadasına həvalə edib. Matçın baş hakimi Horatiu Fesnik olacaq. Ona həmyerliləri Aleksandru Çerey və Mihay Marika kömək edəcəklər.

 

Xatırladaq ki, görüş sentyabrın 27-də saat 14:00-da “Azersun Arena”da keçiriləcək.

 

UEFA Gənclər Liqası, C qrupu: 2-ci tur

27 sentyabr

14:00 Qarabağ - Roma
Baş hakim: Horatiu Fesnik 
Yan xətt hakimləri: Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Haim Jakov (İsrail) 
Bakı. "Azersun Arena"


Digər xəbərlər

Xəbər xətti