“Bavariya” zədə səbəbindən ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq qapıçısı Manuel Noyerə əvəz tapıb.
Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi ötən mövsümün sonunda futbolçu karyerasını başa vuran qolkiper Tom Ştarkeni heyətə cəlb edib. Bundesliqanın son çempionu 36 yaşlı qapıçının adını Çempionlar Liqasının iştirak ərizəsinə daxil edib.
Noyeri əvəzləyən Sven Ulreyxin kobud səhvlərlə yadda qalması baş məşqçi Karlo Ançelottinin veteran qapıçının xidmətinə müraciət etməsilə nəticələnib. Ştarke son 5 ildə Noyerin əvəzedicisi olub. O, bu müddət ərzində cəmi 10 oyunda şans qazanıb.