“Marsel” fanatı qol vurdu - VİDEO

21:18 25 Sentyabr 2017

Fransa çempionatında keçirilən “Marsel” - “Tuluza” oyununda maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, “Marsel” azarkeşi Kamel Zaural “Tuluza”nın qapısına qol vurub. Fanat bu qarşılaşmanı izləmək üçün velosipedlə 900 km yol qət edib. Klub rəhbərliyi fanatın bu əzmkarlığını qiymətləndirmək üçün ona jest edib. Qarşılaşmada topa ilk zərbəni vurmağı Kamelə həvalə edib.

 

Ancaq fanat topa simvolik zərbə vurmaqla kifayətlənməyib. O, “Tuluza”nın cərimə meydançasına qədər irəliləyərək qapıya effektli zərbə vurub. “Tuluza”nın qapıçısı Alban Lafon isə bu zərbənin qarşısını ala bilməyib.

 

Qarşılaşma “Marsel”in 2:0 hesablı qələbəsilə yekunlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti