Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsi başa çatıb.
Sportarena.az xəbər verir ki, AÇ-2017-nin qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçirilən 3 oyunla yekun vurulub. A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkib. İlk 2 görüşdə Macarıstan və Polşaya set vermədən qalib gələn Faiq Qarayevin yetirmələri bu dəfə də qalib gəlib. Lakin bu dəfə qızlarımız setlərdən birini məğlub başa vurublar. Buna baxmayaraq, komandamız Almaniya üzərində qələbə ilə 1/4 finala vəsiqə qazanıb.
Beləliklə, qrup mərhələsinin nəticələrinə əsasən, Azərbaycan, İtaliya, Rusiya və Serbiya qrup qalibi kimi birbaşa 1/4 finala yüksəlib. 1/4 finalın digər 4 iştirakçısının adına isə pley-off oyunlarında aydınlıq gələcək.
Belçika, Macarıstan, Gürcüstan və Ukrayna yığmaları isə qruplarında sonuncu yeri tutaraq qitə birinciliyi ilə erkən vidalaşıb.
Avropa çempionatı, qrup mərhələsi
25 sentyabr
A qrupu
Almaniya - Azərbaycan 1:3 (25:19, 19:25, 18:25, 18–25)
C qrupu
Rusiya – Bolqarıstan 3:2 (21:25, 25:20, 23:25, 25:21, 15:13)
Türkiyə - Ukrayna 3:1 (25:20, 25:19, 20:25, 25:23)
Pley-off mərhələsi:
26 sentyabr
Belarus – Çexiya
Hollandiya – Xorvatiya
27 sentyabr
Polşa – Türkiyə
Bolqarıstan - Almaniya