Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə E, F, G və H qruplarında qarşılaşmalar keçiriləcək.
Günün ən maraqla gözlənilən oyunlarından biri Dortmundda olacaq. “Siqnal İduna Park” stadionunda H qrupunun iki favoriti - “Borussiya” və “Real” münasibətlərinə aydınlıq gətirəcəklər. Azərbaycanlı futbol azarkeşlərinin diqqətini çəkəcək oyun isə İstanbulda baş tutacaq. “Beşiktaş” ÇL-in debütantı “Leyptsiq”i qəbul edəcək.
Çempionlar Liqası, 2-ci tur
26 sentyabr
E qrupu
22:45 Sevilya (İspaniya) - Maribor (Sloveniya) 3:0
22:45 Spartak (Rusiya) - Liverpul (İngiltərə) 1:1
F qrupu
22:45 Napoli (İtaliya) - Feyenoord (Hollandiya) 2:0
22:45 Mançester Siti (İngiltərə) - Şaxtyor (Ukrayna) 3:1
G qrupu
22:45 Beşiktaş (Türkiyə) - Leyptsiq (Almaniya) 2:0
22:45 Monako (Fransa) - Portu (Portuqaliya) 0:3
H qrupu
22:45 Borussiya D (Almaniya) - Real (İspaniya) 1:3
22:45 APOEL (Kipr) - Tottenhem (İngiltərə) 0:3