Totti Azərbaycana gəlmədi - Doğum gününü Gürcüstanda qeyd edəcək

15:14 26 Sentyabr 2017

"Roma"nın əfsanəsi Françesko Totti Bakıya gəlməyəcək.

 

Sportarena.az xəbər verir ki, buna səbəb komandanın sabiq kapitanının doğum gününün oyun gününə təsadüf etməsi olub.
 
41 yaşını qeyd etməyə hazıralaşan Totti bunu Gürcüstanda keçirməyi planlaşdırır. Totti Tiflisə "Milan"ın keçmiş müdafiəçisi Kaxa Kaladzenin təklifi ilə yollanacaq. Qonşu ölkədə İtaliya və Gürcüstan veteranları arasıda yoldaşlıq matçı da keçiriləcək. Maldini, Boban, Puyol, Şevçenko, Rivaldo, Albertini, Abbiati, Oddo, Kostakurta, Krespo, Luka Toni kimi futbolçular da Tiflisə yollanacaq. Qonaqlar arasında "Milan"ın keçmiş sahibi  Silvio Berluskoninin də olacağı bildirilir.
 
Qeyd edək ki,  Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - Roma" oyunu sentyabrın 27-i saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti