Sabah Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Roma”nı qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransı təşkil edilib.
Sportarena.az xəbər verir ki, konfransdan sonra türkiyəli jurnalist, İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı Qurbanova xüsusi mükafat (diplom) təqdim edib.
“Qarabağ” - “Roma” matçı sabah saat 20.00-da başlayacaq və Bakı Olimpiya stadionunda keçiriləcək.