"Qalatasaray"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Tolqa Ciyərçi sıradan çıxıb. Sağ ayağından zədə alan futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. "Konyaspor" və "Karabükspor"la matçları buraxacaq olan Türkiyə millisinin üzvü Super Liqanın 9-cu turunda "Fənərbaxça" ilə keçiriləcək derbiyə kimi hazır olacaq.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi Super Liqanın geridə qalan 6 turunda 5 qolla yadda qalıb.