Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda sabah “Qarabağ”ın qonağı olacaq “Roma”nın futbolçusu Xuan Jesus oyunöncəsi mətbuat konfransında çıxış edib.
Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi birbaşa sualları cavablandırıb:
- Sizə elə gəlmir ki, yeni - müdafiəyəmeyilli taktikanız istənilən nəticəni vermir?
- Çox müdafiə olunduğumuzu düşünmürəm. Sadəcə, top hardadısa, biz də orda oynayırıq.
- Sabah tribunalarda 60 mindən çox azarkeş olacaq. Ölkə prezidenti İham Əliyevin də bu oyunu izləyəcəyi gözlənilir. Bu, sizdə həyəcan yaratmır ki?
- Əlbəttə, çətin olacaq. “Qarabağ” bundan öncəki oyunda, Londonda "Çelsi"yə böyük hesabla uduzduğudan, doğma meydanda daha səylə mübarizə aparacaq. Onlar ilk oyundakı nəticənin təsadüf olduğunu sübut etməyə çalışacaqlar. Buna görə, bizim üçün çətin olacağını dəqiqdi. Ancaq bura uduzmağa gəlməmişik.
- Bundan öncə “İnter”in heyətində “Neftçi” və “Qarabağ”a qarşı oynamısız. Həmin oyunları necə xatırlayırsız?
- Əlbəttə, həmin oyunları yaxşı xatırlayıram. “Qarabağ”a qarşı “San-Siro”dakı oyun yaxşı yadımdadı. Həmin oyunda erkən qol vurmuşduq. İkinci qoldan sonra isə matçın taleyini həll etmişdik. Lakin rəqib həmin vaxtdan indiyə kimi çox dəyişib. Buna görə, bizi sabah həmin oyundakından daha çətin sınaq gözləyir.
- Mövsüm sizin üçün çox yaxşı başladı. Sizcə, bu baş məşqçinin əməyidi, yoxsa siz “Roma”ya uyğunlaşa bilmirdiz?
- Yeni komandaya keçəndə ora uyğunlaşmaqda çətinlik çəkirsən. Hazırkı oyunumda baş məşqçinin də əməyi var. Lakin mən də daim öz üzərimdə çalışıram.
- Düşünmürsüz ki, “Roma” azarkeşləri önündə oynamaq daha çətindi.
- Mən 5-6 il Milan şəhərində, “İnter”də çıxış etmişəm. Bu, tam fərqli mühitdi. Əvvəl necə olmuşamsa, indi də elə olacam. Azarkeşlərin fit səslərinə fikir verməmək lazımdı.