Bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir.
Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” qrup mərhələsində ilk ev oyununa çıxıb. Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Roma”nı qəbul edib. Görüş İtaliya klubunun 1:2 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, ilk turda "Qarabağ" səfərdə "Çelsi"yə uduzub (0:6). "Roma" isə öz meydanında "Atletiko" ilə heç-heçə edib - 0:0.
Çempionlar Liqası, 2-ci tur
27 sentyabr
C qrupu
20:00 Qarabağ (Azərbaycan) - Roma (İtaliya) 1:2
Qol: Pedro Enrike, 29 - Kostas Manolas, 7. Edin Ceko, 15.
Hakimlər: Artur Dias, Rui Tavares, Paulo Soares, Bruno Rodriqes
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya Stadionu.