“Real”ın hücumçusu Kriştiano Ronaldo avrokuboklarda keçirdiyi oyunların sayına görə ilk onluğa düşüb.
Sportarena.az xəbər verir ki, Dortmund “Borussiya”sı ilə səfər qarşılaşmasında start heyətində meydana çıxan portuqaliyalı futbolçu, köhnə qitədə 150-ci oyununa çıxıb. O, bu nəticə ilə sabiq “Liverpul”lu Ceymi Karrageri haqlayıb.
Avrokuboklarda ən çox oyun keçirmiş futbolçu isə “Real”ın sabiq qapıçısı, hazırda “Portu”nun qapısını qoruyan ispaniyalı qolkiper İker Kasilyasdı. Onun hesabında 177 oyun var.
Avropa kuboklarında ən çox oyun keçirmiş futbolçular:
İker Kasilyas ("Real", "Portu") 177
Paolo Maldini ("Milan") 174
Xavi Ernandes ("Barselona") 173
Klarens Zeedorf ("Ayaks", "Real", "İnter", "Milan") 163
Raul Qonzales ("Real", "Şalke") 161
Xavyer Zanetti ("İnter") 160
Rayan Giqqz ("Mançester Yunayted") 159
Pepe Reyna ("Barselona", "Vilyarreal", "Liverpul", "Napoli", "Bavariya") 159
Canluici Buffon ("Parma", "Yuventus") 152
Ceymi Karrager ("Liverpul") 150
Kriştiano Ronaldo ("Sportinq", "Mançester Yunayted", "Real") 150