Bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir.
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası əsas komanda kimi “Roma”nı qəbul edib. “Azersun Arena”da keçiriləcək oyunda qonaqlar qələbə qazanıb.
Qrupdakı ilk oyununda səfərdə “Çelsi”yə məğlub olan (0:5) Ağdam klubunun gəncləri ikinci məğlubiyyətini alıb. Birinci turda “Atletiko”ya uduzan (1:2) romalılar qrupda ilk qələbəsini qazanıb.
UEFA Gənclər Liqası, 2-ci tur
27 sentyabr
C qrupu
14:00 Qarabağ (Azərbaycan) - Roma (İtaliya) 0:3
Qol: Yan Kelar, 11; 60. Mirko Antonuççi, 77.
Hakimlər: Horatiu Fesnik, Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya), İnqilab Məmmədov (Azərbaycan)
Bakı. “Azersun Arena”