"Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Roma"nın forvardı Edin Dzeko Bosniya və Herseqovinanın "Jelezniçar" klubuna yardım edirlər.
Sportarena.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb. Belə ki, "Jelezniçar"ın Avropa Liqası oyunlarını öz stadionunda keçirməsi üçün stadion təmir olunanda Şehiç arenaya 50 VİP oturacaq bağışlayıb. Dzeko isə 30 kreslonun pulunu verməklə yanaşı, vanna otaqlarını da təmir elətdirib.