"Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya "Roma"sı ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib.
Sportarena.az xəbər verir ki, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir. Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.