UEFA Çempionlar Liqasında keçirilən “Spartak” - “Liverpul” oyunu (1:1) ilə bağlı intizam işi açıb.
Sportarena.az xəbər verir ki, UEFA “Spartak” azarkeşlərinin hərəkətini araşdıracaq. Rusiyalı fanatlar tribunada “UEFA mafiya” banneri açıblar. Bundan başqa, azarkeşlər protexniki vasitələrdən də istifadə ediblər. “Sapartak” fanatlarının rasist hərəkətlərə də yol verdiyi bildirilir.
Moskva klubu ÇL-in ilk turunda “Maribor”la keçirilən oyunda azarkeşlərinin davranışına görə cəzalanmışdı. “Sevilya” ilə səfərdə keçiriləcək oyuna “Spartak”ın azarkeşlərinin buraxılmaması barədə qərar verilib. Sloveniyada baş verənlərə görə Moskva klubu 60 min avro cərimə də ödəməli olmuşdu.