Azərbaycan çempionatının püşkü atıldı

18:55 27 Sentyabr 2017

Bu gün AFFA-nın futbol akademiyasının iclas zalında futzal üzrə ölkə çempionatının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edib. Daha sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib.

Püşkün nəticəsinə əsasən, yüksək liqanın birinci turunun təqvimi aşağıdakı kimi olacaq:

 

30 sentyabr

Saat 15:00 Neftçi İK - Yasamal
Saat 16:30 EKOL - Araz
Saat 18:00 FK.İD.Futsal - Marafon Futsal

 

Qeyd: 7 komandanın iştirakı ilə keçiriləcək yüksək liqa 4 dövrədən ibarət olacaq. “Xəmsə” komandası birinci turda istirahət edəcək. Birinci turun oyunları “ABU Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti