Almeyda: "Bunu edə bilsəydik, qolun davamı olacaqdı"

23:51 27 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Roma" ilə oyunundan sonra "Qarabağ"ın futbolçusu Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, millimizin də şərəfini qoruyan braziliyalı futbolçu öncə bunları söyləyib:

 

- İlk hissənin 20 dəqiqəsini nəzərə almasaq, düşünürəm ki, komanda yaxşı təsir bağışladı. “Çelsi”yə qarşı keçirdiyimiz oyunla müqayisə etsək, komandamız bu dəfə həqiqətən də mükəmməl oynadı. Hesabı bərabərləşdirmək üçün şansımız olsa da, əvvəllcə top ayağımın altında qaldı, alınmadı. Dinonun da son dəqiqələrdə bərabərlik qolunu vurmaq üçün şansı oldu. Lakin bəxtimiz gətirmədi. Bunu nomal qarşılayıram.

 

- Hücumlar qurulsa da, top istənilən yerə ötürülmürdü. Tələsdiyiniz üçün belə oynayırdız?
- Fasilə zamanı məşqçimiz bizə sakit oynamağı tapşırdı. Qurban müəllim bildirdi ki, ancaq öz oyunumuzu sərgiləyərək qol vəziyyətləri yarada bilərik. Daha çox qol vəziyyətlərini ikinci hissədə yaratsaq da, qol vuurmağa nail olmadıq. Rəqibin yaxşı müdafiə olunması da işimizi çətinə salırdı.

 

- İlk dəfə olaraq Azərbaycanda futbol oyununa bu qədər azarkeş gəlirdi. Düşüncələrin necədi?
- Onlar bizim 12-ci oyunçumuz idi. Hətta iki qol buraxandan sonra da bizi dəstəkləyirdilər. Biz Azərbaycan xalqını və ailəmizi sevindirmək üçün xarakter nümayiş etdirməli idik. Yəni azarkeşlərin dəstəyini xüsusi qeyd etmək istəyirəm.

 

- Azarkeşlər bir neçə epizoda görə hakimdən narazı qaldılar. Bəs futbolçular necə?
- Hakim portuqaliyalı idi və mən onunla danışdım, “Roma”nın xeyrinə qərarlar verdiyini dedim. Lakin o qərəzsiz olduğunu və düzgün qərarlar verdiyini bildirdi.

 

- Bu gün vurduğunuz qol gələcək oyunlarda sizə necə motivasiya verə bilər?
- Mənim fikrimcə, qol vurmaq o qədər də önəmli deyil. Əsas xarakter nümayiş etdirmək idi. Bunu edə bilsəydik, qolun da davamı olacaqdı.


Digər xəbərlər

Xəbər xətti