“Qalib gəlmək çox vacib idi. Ancaq biz yaxşı oyun keçirmədik. Buna baxmayaraq, 3 xal bizim oldu. Buna görə məmnun ola bilərik”.
Sportarena.az xəbər verir ki, bu sözləri oyundan sonra jurnalistlərin suallarını cavablandıran Raca Nainqqolan söyləyib. “Canavarlar” Çempinlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə təmsilçimiz “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran belçikalı yarımmüdafiəçi erkən qol vurmalarının işlərini rahatlaşdırdığını söyləyib:
“Oyuna əla başladıq, erkən qollar işimizi asanlaşdırdı. Hesabı 3:0 da edə bilərdik. Lakin “Qarabağ” bizi cəzalandırdı. Düşünürəm ki, istəyimizə çata bildik”.
Nainqqolan istədikləri kimi oynamaqdıqlarını bildirib:
“İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Meydan şərtlərini və digər amilləri qeyd edə bilərəm. Önümüzə baxmalıyıq və daha yaxşı işlər görməliyik. Bir daha təkrar edirəm ki, 3 xal qazanmaq bizim üçün daha vacib idi. Bəlkə də Bakıya gələndə düşünürdük ki, rahat qalib gələcəyik. Ola bilər ki, nəyisə düzgün qiymətləndirməmişik. Ancaq əhəmiyyətli olan 3 xalı qazanmağımızdı”.