Manolas: "İkinci hissədə narahat idik"

12:55 28 Sentyabr 2017

"Biz yalnız iki qolla kifayətləndik. Oyuna yaxşı start verdik. Erkən qollar bizə çox kömək etdi. Bu səbəbdən çox arxayınlaşdıq”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Roma”nın futbolçusu Kostas Manolas Çempionlar Liqanın qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan (2:1) sonra deyib. Qarşılaşmada ilk qolun müəllifi olan yunanıstanlı müdafiəçi çətin qələbə qazandıqlarını bildirib:

 

“İkinci hissədə narahat idik. Səhv etməkdən ehtiyatlanırdıq. Aramızda gənc futbolçular da var. Onlar bizim aramızda yetişirlər. "Milan"la oyun barədə artıq düşünmək olar".


Digər xəbərlər

Xəbər xətti