Dünən Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ" "Roma"nı qəbul edib.
Sportarena.az xəbər verir ki, təmsilçimiz məğlub olmasına (1:2) rəğmən, mübariz oyunu ilə diqqət çəkib. Xüsusilə də, Ağdam klubunun turnirdəki ilk qolu müzakirələrə səbəb olub. Qolun səbəbkarları Dino Ndlovunun və Pedro Enrikenin sərgilədiyi oyun diqqətlə qarşılanıb.
Turnirin Türkiyədə yayım hüququna sahib olan iki şirkətdən biri olan "Tvibuspor"da "Qarabağ"ın vurduğu qol təhlil edilib. Şərhçi Ali Ece qol epizodunu tamaşaçılara dəfələrlə izlədib.