Rumıniya çempionatında maraqlı hadisə baş verib.
Sportarena.az xəbər verir ki, ölkə çempionatının 5-ci divizionunda baş tutmuş “Bistrit” - “Vınetorul” qarşılaşmasında top stadionun yaxınlığında axan çaya düşüb. Ehtiyat top olmadığından, qarşılaşma yarımçıq dayandırılıb. Oyun dayandırılanda hesab 2:0 ev sahiblərinin xeyrinə idi.
Meydan sahiblərinin əlavə topları olmadığına görə texniki məğlubiyyət alacağı gözlənilir.