"Bavariya"nın yeni baş məşqçisinin adı müəyyənləşdi

10:41 29 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Bavariya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.


Sportarena.az xəbər verir ki, boş qalmış baş məşqçilik postuna əsas namizəd kimi Tomas Tuxel və Yulian Naqelsmann göstərilsə də, rəhbərlik sürpriz qərar verib. Münhen təmsilçisinin verdiyi açıqlamaya əsasən, komandanı mövsümün sonuna qədər Ançelottinin köməkçisi olan 40 yaşlı Uilli Sanyol çalışdıracaq. Mövsüm başa çatdıqdan sonra komandanın kimin rəhbərlik edəcəyi bəlli olacaq.

 

Qeyd edək ki, Sanyol cari mövsümdən "Bavariya" baş məşqçinin köməkçisi kimi çalışırdı. O, 2000-09-cu illərdə futbolçu kimi bu klubun formaını geyinib.

 


Digər xəbərlər

Xəbər xətti