Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Roma”nın Çempionlar Liqasının 2-ci turunda “Qarabağ” üzərində 2:1 hesablı qələbəsinə sevindiyini deyib.
Sportarena.az xəbər verir ki, İspaniya mətbuatına danışan xorvatiyalı mütəxəssis sabiq komanda yoldaşı, İtaliya klubunun idman direktoru Monçiyə görə şad olduğunu deyib:
“Roma”nın “Qarabağ” üzərində qələbə qazanmasına şadam. Vaxtilə birgə çıxış etdiyim Monçiyə görə sevinirəm. Biz “Sevilya”da gözəl günlər keçirmişik”.