"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırdığı və artıq ou Villi Sanyolu əvəzləyəcəyi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, Ançelotti Münehn klubundan ayrılarkən gözlənilməz jest edib. Belə ki, italyan mütəxəssis klubun onunla müqaviləsini birtərəfli pozmaına görə almalı olduğu təzminatdan imtina edib. O, "haqqım deyil" deyərək pulun "Bavariya"da qalmasını istəyib.
Qeyd edək ki, təzminat məbləğinin 17,5 milyon avro olduğu iddia edilir.