Ozan Can Kökçü Azərbaycan millisindən imtina etdi - FOTO

00:02 30 Sentyabr 2017

Azərbaycanın U-21 yığmasının türk əsilli futbolçusu Ozan Can Kökçü millimizdən imtina edib.

 

Sportarena.az xəbər verir ki, türkiyəli futbolçu bu barədə qərarını bu gün "İnstaqram"dakı şəxsi hesabından paylaşıb. O, qərarını belə izah edib:

 

"Yenicə aldığım bir qərarı sizinlə paylaşmaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq irqimiz və qanımızdan olan Azərbaycan milli komandasının formasını geyinməyə qərar verdim və bundan qürur duydum. Lakin son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim. Məncə, milli komandalarda oynayan futbolçular o məmləkətin cəfasını çəkənlər, burada doğulub-böyüyənlər və ya özünü o məmləkətin insanı hiss edənlər olmalıdı. Mən də bu ölkədəki futbolçu dostlarıma haqsızlıq etdiyimi düşünərək Azərbaycan milli komandasından əffimi istəyirəm. Mənim yerimə oynayacaq dostlarıma könüldən uğurlar arzulayıram. Ürəyim sizinlədi!"

 

Qeyd edək ki, Ozan Can Kökçü Türkiyənin "Bursaspor" klubunun şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti