"Mançester Sit"də şok itki - 7 ay oynamayacaq

11:40 30 Sentyabr 2017

“Kristal Pelas”la oyunda zədələnən “Mançester Siti”nin müdafiəçisi Benjamen Mendinin vəziyyətinə aydınlıq gəlib. 

Sportarena.az xəbər verir ki, bu haqda “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola keçirdiyi mətbuat konfransında məlumat verib. 


İspan mütəxəssis qeyd edib ki, futbolçunun durumu ciddir və o, yalnız gələn ilin aprelində yaşıl meydanlara qayıda bilər.  Mendinin sağ dizinin xaçvari bağları qırılıb. Bu səbəbdən də o, tezliklə əməliyyat olunacaq. 


Digər xəbərlər

Xəbər xətti