Almaniyanın qadınlardan ibarət voleybol millisinin baş məşqçisi Feliks Kozlovski maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, 33 yaşlı çalışdırıcı oktyabrın 8-də Kayzerslauterndə baş tutacaq Almaniya - Azərbaycan oyunundan danışıb:
"Düşünürəm ki, oktyabrdakı oyunda Almaniya millisi qalib gələcək. Hesabın necə nəticələnəcəyini deyə bilmərəm. Çünki Azərbaycan millisinin oyunlarına baxmamışam və onların hansı səviyyədə olduğunu bilmirəm. Yəqin ki, voleyboldakı qisasımızı alarlar. Voleybolda durum fərqlidir. Burda qadınlardan ibarət Azərbaycan millisi güclüdür və dünya səviyyəli oyunçularınız var".
Qeyd edək ki, qadın voleybolu üzrə Avropa çempionatında Azərbaycan millisi Almaniyanı qrupda 3:1, bu gün isə 1/4 finalda 3:0 məğlub edib. (Prosport.az)