I Divizionda yeni mövsümün başlaması ərəfəsində "Şüvəlan" klubunun rəhbərliyi ilə komanda üzvləri arasında görüş keçirilib.
Sportarena.az xəbər verir ki, vitse-prezident Fikrət Hüseynov, icraçı direktor Emin Abbasov və komandanın baş məşqçisi Aqil Nəbiyev qarşıdakı mövsümlə bağlı fikirlərini çatdırıblar.
Əsas hədəf kimi "Şüvəlan"ın I Divizionda çempion olması və yenidən Premyer Liqaya qayıtması göstərilib. Futbolçular adından isə komandanın kapitanı Hüseyn Axundov danışıb. O, bu heyət və yaradılan şəraitlə qarşıya qoyulan məqsədlərə çatmağın mümkün olduğunu deyib.
Qeyd edək ki, "Şüvəlan" ilk turda səfərə yollanır. Aqil Nəbiyevin komandası oktyabrın 4-də "Turan Tovuz"la qarşılaşacaq.