Türkiyə millisinin heyəti açıqlandı - Luçeskudan sürpriz addım

15:35 30 Sentyabr 2017

Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində İslandiya və Finlandiya ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

Sportarena.az xəbər verir ki, baş məşqçi Mirça Luçesku 29 futbolçuya dəvət göndərib. Onlar arasında 6 ildir milliyə çağırılmayan 33 yaşlı Sabri Sarığolu da var.

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Serkan Kırıntılı ("Konyaspor"), Volkan Babacan ("Başakşehir")

 

Müdafiəçilər: Kaan Ayhan ("Fortuna", Almaniya), Sabri Sarıoğlu ("Göztəpə"), Mehmet Topal ("Fənərbağça"), Ömər Toprak ("Borussiya" Dortmund, Almaniya), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Sərdar Aziz ("Qalatasaray"), Caner Erkin ("Beşiktaş"), İsmail Köybaşı ("Fənərbağça")

 

Yarımmüdafiəçilər: Əmrə Belözoğlu ("Başakşehir"), Nuri Şahin ("Borussiya Dortmund, Almaniya), Selçuk İnan ("Qalatasaray"), Cengiz Ünder ("Roma", İtaliya), Əmrə Mor ("Selta", İspaniya), Oğuzhan Özyakup ("Beşiktaş"), Okay Yokuşlu ("Trabzonspor"), Yusuf Yazıcı ("Trabzonspor"), Hakan Çalhanoğlu ("Milan", İtaliya), Ozan Tufan ("Fənərbağça"), Tolqa Ciğerci ("Qalatasaray"), Yunus Mallı ("Volfsburq", Almaniya), Arda Turan ("Barselona", İspaniya), Volkan Şən ("Trabzonspor")."

 

Hücumçular: Burak Yılmaz ("Trabzonspor"), Cenk Tosun ("Beşiktaş"), Enes Ünal ("Vilyarreal", İspaniya), Mevlüt Ərdinç ("Başakşehir")

Qeyd edək ki, oktyabrın 6-da İslandiyanı qəbul edəcək Türkiyə millisi oktyabrın 9-da Finlandiyanın qonağı olacaq.  


Digər xəbərlər

Xəbər xətti