PSJ-nin baş məşqçisi Unai Emeri komandada penalti vuruşu ilə bağlı yaranmış problemi həll edib.
Sportarena.az xəbər verir ki, bu haqda klubun müdafiəçisi Toma Menye dünən Liqa 1-in 8-ci turunda “Bordo” üzərindəki qələbədən sonra (6:2) məlumat verib:
“Məşqçimiz bu məsələni həll edib. Kavani və Neymar penaltini növbəti ilə vuracaqlar. Bugünkü matçda (“Bordo” ilə oyun nəzərdə tutulur – red.) Neymar penalti vurdu. Əgər ikinci də olsaydı, bu zaman növbə Kavaniyə çatacaqdı”.