“Borussiya”nın (Dortmund ) qapıçısı Roman Bürkinin maraqlı adəti ortaya çıxıb.
Sportarena.az xəbər verir ki, alman qolkiper hər oyundan öncə topu “oğurlamağı” adət halına gətirib. Onun bu “sirri”ni isə şərəfini qoruduğu klub ortaya çıxarıb.
“Borussiya”nın rəsmi “youtube” kanalında Bürkinin oyunöncəsi top “əməliyyatı”ndan hazırlanmış video yayımlanıb. Həmin videonu təqdim edirik.