Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, Çexiya ilə ilk qarşılaşma fransalı hakimlər briqadasına tapşırılıb. Benua Miyoya baş hakim, Julian Paçelli və Bertran Juanno yan xətt, Frank Şnayder isə dördüncü hakim qismində yardımçı olacaq.
Almaniya ilə səfər oyunu isə latviyalı referi Andris Traymanis idarə edəcək. Harald Qudermanis və Aleksey Spasyonnikov yan xətt, Aleksandr Qolubev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, C qrupunda yer alan yığmamız Çexiya ilə oktyabrın 5-də saat 20:00 Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də Kayzerslautern şəhərindəki "Frits-Valter" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.