"Tottenhem"in futbolçusu Harri Keyn uurlu çıxışını davam etdirir.
Sportarena.az xəbər verir ki, "Haddersfayl Taun"la oyunda 2 dəfə fərqlənən hücumçu qollarının sayını 13-ə çatdırırb. O bu qolları ilə Ronaldo və Messinin rekordunu təkrarlayıb.
Bu ay içində klubu və ölkəsi adına məhsuldarlıq nümayiş etdirən Keyn 30 günə 13 qol sığdırıb. O Messinin 2012-ci ilin martında və Kristiano Ronaldonun 2010-cu ilin oktyabrında vurduğu qol sayını təkrarlayaraq yeni rekorda imza atıb.