Millimiz 4-cü oldu

21:59 1 Oktyabr 2017

Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün Bakıdakı Milli Gimnastika Arenasında öncə üçüncü yerin sahibi bəlli olub. AÇ-2017-nin bürünc medalları uğrunda Azərbaycan və Türkiyə yığmaları qarşılaşıb. Gərgin keçən matçda türklər qalib gələrək Avropanın üçüncüsü adına yiyələniblər. Millimiz isə tarixinin ən yaxşı nəticəsini yaxşılaşdırmaq şansını əldən verərək, yenə qitə birinciliyində 4-cü olub.

 

Turnirin həlledici oyununda isə Hollandiya və Serbiya yığmaları üz-üzə gəlib. Serblər finalda qalib gələrək Avropa çempionu olublar. Hollandlar isə gümüş medallara yiyələniblər.

 

AÇ – 2017
1 oktyabr
3-cü yer uğrunda oyun
Azərbaycan – Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)

 

Final
Hollandiya – Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)


Digər xəbərlər

Xəbər xətti