“Neftçi”nin yarımmüdafiəçisi Derlis Meza Kolli klubun rəsmi kanalına açıqlama verib.
Sportarena.az xəbər verir ki, paraqvaylı futbolçu son həftələr öz üzərlərində çox çalışdıqlarını deyib:
“İlk qələbəmizi qazandığımıza görə çox şadam. Son həftələr öz üzərimizdə çox çalışmışıq. Üstəlik, yeni baş məşqçi bizdə özünəinamı qaytarıb. Bunun da komanda şəklində qalib gəlməyimizə köməyi dəydi. Əlbəttə, qələbəmizdə azarkeşlərimizin də böyük payı var. Komanda bir ailə olanda, qələbə də olur”.
Xatırladaq ki, “Neftçi” ölkə çempionatının son turunda səfərdə “İnter”i 2:0 hesabıyla məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazanıb. Meza Kolli bu oyunda bir qol vurub.