"Beşiktaş"ın 2 futbolçusu milliyə çağırıldı

16:35 3 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, yığmamızın heyətində 20 futbolçu yer alıb.

 

Qapıçılar: Şahin Zəkiyev (İnter), Murad Popov (Qəbələ), Məmməd Hüseynov (Qarabağ).

 

Müdafiəçilər: Hüseyn Seyligli ("Beşiktaş", Türkiyə), Mətin Gülər ("Beşiktaş", Türkiyə), Əsgər Hüseynov (Qarabağ), Elçin Əsədov (Qarabağ), Ricat Qarayev (İnter), Yusif Həsənov (Qarabağ), Murad Qayalı (İnter).  

 

Yarımmüdafiəçilər: Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (Qarabağ), Murad Mahmudov ("Antraxt" Frankfurt, Almaniya), Fərid Nəbiyev ("Slaviya" Praqa, Çexiya), Rafael Məhərrəmli (İnter), Ekincier Barış ("Boxum", Almaniya), Suleyman Əhmədov (Qarabağ), Ceyhun Muxtarlı (İnter).

 

Hücumçular: İbrahim Əliyev (Qarabağ), Doğukan Öksüz ("Trabzonspor", Türkiyə).

 

4 oktyabr, saat 18:00
Azərbaycan - İrlandiya

7 oktyabr, saat 18:00
Serbiya - Azərbaycan

10 oktyabr, saat 16:00
Kipr - Azərbaycan

İrlandiyada keçiriləcək oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


Digər xəbərlər

Xəbər xətti