“Qarabağ”ın “Atletiko” və “Çelsi”ylə oyunlarına nə qədər bilet satılıb? - AÇIQLAMA

18:21 3 Oktyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Atletiko” və “Çelsi” ilə oyunlarına 10 minə yaxın bilet satılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə biletlərin onlayn satışının təşkil edildiyi “İticket” şirkətinin icraçı direktoru Ziya Məmmədov “Marja”ya açıqlamasında bildirib. O, artıq “Atletiko” ilə qarşılaşma üçün 5 min, “Çelsi” ilə oyun üçün isə 4 min vauçerin satıldığını qeyd edib:

 

“Həm "Atletiko”, həm "Çelsi” ilə oyunlara vauçerlərin satışı başlanıb. Artıq "Atletiko” ilə oyun üçün satılan vauçerlərdən 5 mindən artığı biletə dəyişdirilib. "Çelsi” ilə görüş üçün isə 4 mindən çox vauçer satılıb. İnsanları indidən bilet almağa dəvət edirik. Bu halda onlar həm bizim, həm də öz işlərini asanlaşdırmış olacaqlar”.

 

Xatırladaq ki, “Qarabağ” “Atletiko”nu oktyabrın 18-də, “Çelsi”ni isə noyabrın 22-də qəbul edəcək. Hər iki oyun Bakı Olimpiya stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti