“Real” “Tottenhem”in futbolçusu Harri Keyni transfer etməkdə israrlıdı.
Sportarena.az xəbər verir ki, “Real” Keyni 2018-ci ilin yayında heyətə cəlb etmək istəyr. “Kral klubu” ona görə 200 milyon avro ödəməyə hazırdı. Məlumata görə, “Real” bu pulun böyük hissəsini Kərim Benzema və ya Qaret Beylin satışından əldə etməyi planlaşdırır.
Keyn ötən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub. O, 30 oyunda 29 dəfə fərqlənib.