Ramil Quliyev Avropanın 3 ən yaxşı atletləri sırasında - FOTO

15:14 4 Oktyabr 2017

Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət siyahıya düşüb.
 

Sportarena.az xəbər verir ki, bu barədə Avropa Atletika Assosiasiyasının saytında məlumat dərc edilib. 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb. Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.   

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da qızıl medal qazanmışdı.

 


Digər xəbərlər

Xəbər xətti